Sınaq hazırlamağa sərf etdiyiniz saatları dəqiqələrə endirin!
Saatlarla sınaq hazırlama dövrünə son! Artıq bir çayınız soyumadan bütün sınaqlarınızı hazırlayın və qalan vaxtın dadını çıxarın.
İlk Sınağınızı Yaradın
Sınaq hazırlamaq sizin üçün də əziyyətə çevrilib?
Saatlar Alan Proses
Word-də sual yazmaq, screenshotları kəsib-yapışdırmaq kimi proseslər dərsə ayırmalı olduğunuz dəyərli vaxtınızı alır.
Dağınıq Resurslar
Onlarla PDF kitabı və Word sənədi... Lazım olan sualı tapmaq və ya köhnə bir sınağı yenidən istifadə etmək getdikcə çətinləşir.
Texniki Çətinliklər
Şəkilləri Word-ə əlavə edərkən səhifənin nizamının pozulması və formatlama problemləri işinizi daha da çətinləşdirir.
Tanış olun: AsanSınaq
Müəllimlər üçün sınaq hazırlama prosesini kökündən dəyişən müasir platforma.
Dəqiqələr Ərzində Hazır
Saatlarla çəkən işi bir neçə dəqiqəyə həll edin. Vaxtınız sizə və tələbələrinizə qalsın.
Hər Şey Bir Yerdə
Bütün kitablarınızı və sınaqlarınızı tək platformada saxlayın. İstənilən cihazdan daxil olun.
PDF Yarat və Paylaş
İmtahanı PDF kimi yaratın və tələbələrinizlə paylaşın.
AsanSınaq Necə İşləyir?
Prosesin nə qədər sadə olduğunu özünüz görün!
Kimlər üçün faydalıdır?
Repetitorlardan məktəb müəllimlərinə, bütün təhsil sahələrinə qədər sınaq hazırlayan hər kəsin işini asanlaşdırırıq.
Repetitorlar
Vaxtınıza qənaət edərək yeni qruplar açın, tələbələrinizlə daha çox məşğul olun və gəlirinizi artırın.
Orta Məktəb Müəllimləri
KSQ və BSQ-ləri dəqiqələr içində hazırlayın. Vaxtınızı yorucu sənəd işlərinə deyil, tədrisə həsr edin.
Digər Təhsil Sahələri
Tələbələrinizə səliqəli və peşəkar imtahan materialları təqdim edin, onlayn imtahanla bilikləri yoxlayın.
Müəllimlər AsanSınaq Haqqında Nə Deyir?
Onlarla müəllim artıq AsanSınaq ilə vaxtına qənaət edir və daha keyfiyyətli dərslər keçir.
"Riyaziyyatdan düsturları yazmaq məni hər dəfə çox yorduğu üçün mövzu sınaqları edə bilmirdim. İndi isə hər mövzuya uyğun sınaq hazırlayım 10 dəqiqədə hazırdı."
"AsanSınaq mənim sağ əlim olub artıq. Əvvəllər hər sınaq üçün 3-4 saatımı sərf edirdim, indi 15 dəqiqədə bitirirəm. Tələbələrimə daha çox vaxt ayıra bilirəm."
"Repetitor olaraq vaxtım çox qiymətlidir. AsanSınaq sayəsində həftədə 4+ saat qənaət edirəm. Bu vaxtı yeni tələbələrlə işləməyə sərf edə bilirəm."
Qiymətlər
AsanSınaq test rejminində tamamilə pulsuzdur. Heç bir ödəniş və ya məhdudiyyət yoxdur.
AsanSınaq
Bütün funksiyalar daxil olmaqla
- Limitsiz PDF yükləmə
- Limitsiz sınaq yaratma
- Bütün cihazlardan giriş
- Heç bir reklam yoxdur
Ağlınızda Sual Qalmasın
Bəli, hazırda AsanSınaq test rejminində olduğu üçün bütün funksiyalarından tamamilə ödənişsiz istifadə edə bilərsiniz. Heç bir ödəniş və ya limit yoxdur.
Heç bir məhdudiyyət yoxdur. İstənilən qədər pdf yükləyib limitsiz sayda sınaqlar yarada bilərsiniz.
Bəli, AsanSınaq bütün cihazlarda (kompüter, planşet, mobil telefon) rahatlıqla işləyir. Yolda olarkən belə sınaqlarınızı idarə edə bilərsiniz.
Bəli siz yüklədiyiniz pdflərə eyni anda baxa bilirsiniz və istədiyiniz sayda sualları seçə bilərsiniz.
Bəli açıq suallar da yarada bilərsiniz, həmçinin pdf’də olan qapalı sualı variantları olmadan açıq sual kimi də istifadə edə bilərsiniz.
Bəli, sualları seçib sadəcə sürüşdürməklə sırasını dəyişə bilərsiniz.